Müştərinin razı və ya narazı qalması öz əlimizdə…

mutlu mutsuz müşteri    Bütün müştərilər mağazaya bir istəklə gəlirlər. Bu istəklər: Mağazanızda gəzmək; Məhsulların qiymətinin ucuz olması; Rahat alış-veriş edə bilmək; Axtardığı bütün məhsulları tapa bilmək; Xidmət və məhsul keyfiyyətindən razılıq məqsədilə və s .. Əgər biz müştərilərin bu istəklərini qarşılaya bilməsək, onları məyus edərik. Əksinə gözləmədikləri bir xidmət göstərdiyimiz halda, müştərilər bizdən çox razı qalarlar. Yəni mağazanıza yalnız məhsulun qiyməti ucuz olduğu üçün müraciət edən müştərinizə keyfiyyətli məhsul təqdim etsəniz onları sevindirə bilərsiniz. Çünki onun gözləntisi yalnız ucuz məhsul almaqdır, keyfiyyətli məhsul isə gözləmirdi. Başqa cür keyfiyyətli məhsul almağa gələn müştəriyə siz mükəmməl bir personal xidmətini təqdim etsəniz müştəri bundan çox razı qalar. Çünki o yalnız keyfiyyətli məhsul gözlədiyi halda mükəmməl bir personal xidməti gözləmirdi. Çünki insanlar istədiklərindən daha çox diqqət, xidmət gördükdə daha da məmnun olurlar. “Müştərilərinizin istəklərini öyrənin və onların istəklərindən daha çox xidmət göstərin”