Haqqımızda

1 Academy

 

Venta Academy

 “Venta Academy” artıq bir neçə müddətdir ki fəaliyyət göstərir. Bu müddət ərzində biz müəyyən şirkətlərin işçi heyətini təlimlər vasitəsi ilə daha da unikal formaya gətirməyə müvəffəq olmuşuq. Hər bir şirkətin kiçik və ya böyüklüyündən asılı olmayaraq, hər zaman  təlimlərə ehtiyacı vardır. Çünki dünya dəyişdikcə biznes mühiti də dəyişir və daima dəyişən mühit içində dəyişimdən geri qalmamaq, dəyişimi mənimsəmək,lider bir qurum olaraq dəyişim yaratmaq üçün bilikli personal ehtiyatı vacib amildir. Sizə təqdim edəcəyimiz biznes təlimlərimiz , bu istiqamətdə şirkət personalının ümumi idarəetmə, marketinq və satış, fərdi inkişaf mövzusunda bilgi ilə təmin edəcək.  Hədəfimiz cəmiyyətdə intellektual, bilgili, işini mükəmməl yerinə yetirə bilən unikal gənclər yetişdirməkdir. Təlimlər yerli və xarici mütəxəssislər tərəfindən keçirilir.